18 il əvvəl qətl törədən şəxs azadlığa buraxılıbbackend

18 il əvvəl qətl törədən şəxs azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə V. Səmədov barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, işə xitam verilməsinin səbəbi cinayətin törədildiyi vaxtdan 18 il keçməsidir.

Qeyd edək ki, V. Səmədov 1997-ci ildə Zülfüqar Ağalarovu odlu silahla öldürərək Rusiyaya qaçıb. Orada adını və soyadını dəyişib. Azərbaycanda barəsində axtarış elan edilib. Bu il isə V. Səmədov Bakıya gələrək istintaqa təslim olub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah saxlama) maddələrinə əsasən ittiham edilib.

İnterpress.az