Meriya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla 23 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.
Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.
Bir daha qeyd olunub ki, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğundur.
Xatırladaq ki, Milli Şura mitinqini mayın 24-nə təyin edib.
İnterpress.az