Bayraq meydanına yeni rəis təyin edilibbackend

Bayraq meydanına yeni rəis təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.aaz-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin.

Xatırladaq ki, bu vəzifəni bundan öncə Rəşad Rəfael oğlu Məmmədov icra edib. Lakin dövlət başçısının may ayının əvvəlində verdiyi sərəcamla o vəzifəsindən azad edilib.

Rəşad Məmmədov bu vəzifəyə 2011-ci ilin aprel ayında təyin edilmişdi.

İnterpress.az