Müsavatın Qadınlar Birliyinin sədri partiya sıralarından xaric edilibbackend

Müsavatın Qadınlar Birliyinin sədri partiya sıralarından xaric edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə açıqlamasında Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Dilşad Ələkbərli bildirib.

O deyib ki, E. Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı qərar bu gün Şuranın iclasında qəbul olunub. Onun sözlərinə görə, E. Məmmədli partiyanın Nizamnaməsinin tələblərini pozduğuna, partiya üzvləri arasında antimüsavat təbliğatı aparıb, onları təşkilatdan istefa verməyə təhrik etdiyi üçün partiyadan kənarlaşdırılıb.

D. Ələkbərli əlavə edib ki, Şurada bir neçə nəfər də E. Məmmədlinin onlara zəng edərək, müsavatdan istefa verməyi təklif etdiyini söyləyib.

E. Məmmədli isə açıqlamasında bu gün partiyanın qərargahında olduğunu qeyd edib: “Mən orda ola-ola barəmdə məndən xəbərsiz belə bir qərarın qəbul olunmasını düzgün hesab etmirəm. Heç bir partiya üzvünü istefa verməyə təhrik etməmişəm, bu böhtandır. Qoy, həmin şura üzvlərinin adlarını açıqlasınlar”. (apa)

İnterpress.az