Rusiya və Çin hərbi gəmiləri birgə təlimə başladıbackend

Rusiya və Çin hərbi gəmiləri birgə təlimə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ilk dəfə ortaq təlimlər edən iki ölkə döyüş gəmiləri İstanbul və Çanaqqala boğazlarından keçərək Aralıq dənizinə yola düşüb. İki ölkədən 9 hərbi gəminin qatıldığı təlim 21 maya qədər davam edəcək.

Ukraynada böhran səbəbiylə gərginliyin artdığı zamanda həyata keçirilən bu təlimlər ABŞ və NATO-ya qarşı işarə olaraq qiymətləndirilir. Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini Aleksandr Fedotenkov “Dəniz Əməkdaşlığı – 2015 \” təlimində yeni təhdidlərə qarşı əməkdaşlığın inkişaf etdirilməsinin planlaşdırıldığını, üçüncü ölkələrin hədəf alınmadığını ifadə edib. Mətbuata açıqlamasında Fedotenkov “Rus və Çin döyüş gəmilərinin təlim sahəsinə çatıb. Birgə təlimlər Rusiya idarəçiliyində reallaşır. Taktika və təhlükəsizlik baxımından lazımi brifinqlər edilib” deyib.

Qeyd edək ki, bölgədə Rusiyanın çox sayda döyüş gəmisi var. Rusiya Suriya böhranının yaranmasından sonra Aralıq dənizidəki varlığını daimi hala gətirməyə çalışır.

Sovetlər Birliyinə aid Beşinci Donanma “soyuq müharibə” illərində Aralıq dənizində öz vəzifəsini yerinə yetirib. Sovetlər Birliyinin dağılmasından sonra, 31 dekabr 1992-ci ildə Beşinci Donanma parçalanıb.

İnterpress.az