TQDK düzgün cavabları açıqladıbackend

TQDK düzgün cavabları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II qrup Azərbaycan bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/a2_17m.htm, III qrup Azərbaycan bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/a3_17m.htm, II qrup Rus bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/r2_17m.htm, III qrup Rus bölməsinin abituriyentləri http://eservices.tqdk.gov.az/exam/2015/r3_17m.htm linkinə daxil olaraq, düzgün cavabları öyrənə bilərlər.
Bildirilib ki, mayın 17-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İnterpress.az