ABŞ rəsmisi: “Kürd dövlətini görməyə ömrümüz çatacaq”backend

ABŞ rəsmisi: “Kürd dövlətini görməyə ömrümüz çatacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şimali İraqdan peyk vasitəsi ilə yayımlanan “Rudaw TV”nin xəbər bülleteninə qatılan yenidənqurma və infrastruktur naziri Derbaz Kosret Bərzani ilə birlikdə 3 maydan etibarən 1 həftə ərzində ABŞ-la təmaslarda olduqlarını açıqlayıb.

Kosret kürd lider Məsud Bərzaninin ABŞ-dan olan rəsmilərlə kürdlərin gələcəyi ilə bağlı ətraflı danışıqlar apardıqlarını, görüş əsnasında “Artıq qonşu ölkələrin bizimlə necə bir əlaqə yaradacaqlarını gözləməyəcəyik. Bağdadda yeni bir rəhbərlik var. Bağdad rəhbərliyinə köməkçi olacağıq. Ancaq bu, millətimizin haqlarından imtina edilməsi mənasını vermir” dediyini bildirib.

Bərzani kürdlərin öz müqəddəratını təyin edə biləcək vəziyyətdə olmaları və referendum ilə müstəqilliyin əldə edilməsinin mümkünlüyü ABŞ prezidenti Barak Obama və Co Baydenə çatdırıb.

Şimali İraqdakı yerli hökumətin yenidənqurma və infrastruktur naziri Derbaz Kosret prezident Obamanın Bərzaniyə “Kürd millətinin tələblərini öyrənmək istədik. Tələblərinizə qarşı deyilik. Ancaq bu vəziyyətdə bizim üçün prioritet olan İŞİD-in məhv edilməsidir” dediyini vurğulayıb.

Görüşdə iştirak edən Bayden Məsud Bərzaniyə xitabən \”Hörmətli cənab prezident, rahat olun. İkimizin də ömrü kürd dövlətini görməyə çatacaq \”ifadəsini işlədib.

ABŞ rəsmisi: “Kürd dövlətini görməyə ömrümüz çatacaq”

İnterpress.az