Siyəzən rayon sakinləri, ana və qızı – Firuzə Əliyeva və Nilufər Əliyevanı yük maşını vurub. Qəza nəticəsində 21 yaşlı N.Əliyeva dünyasını dəyişib, anası isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Dünyasını dəyişən qızın nişanlı olduğu bildirilir.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. ( apa )
İnterpress.az