“Cahillik, savadsızlıq olan yerdə radikalizm yaranır”backend

“Cahillik, savadsızlıq olan yerdə radikalizm yaranır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizmə qarşı mübarizə: plüralizm təşviqində və müştərək rifah halının yüksəldilməsində dini liderlərin rolu” mövzulu plenar iclasda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bu gün yalnız din pərdəsi altında deyil, eyni zamanda ayrı-ayrı dinlərin öz içərisində də mübarizə gedir. Onun fikrincə, dini maarifçiliyə, təhsilə diqqət yetirilməlidir. Cahillik, savadsızlıq olan yerdə mütləq radikalizm və bunun fəsadları özünü büruzə verir.

M. Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycan dini tolerant ölkə kimi nümunə olacaq səviyyədədir. Onun sözlərinə görə, ölkədə dini cərəyanların ayrı-ayrı qolları sərbəst şəkildə fəaliyyət göstərir: “Dövlətlər də dinə münasibətdə ayrı-seçkilik salmamalıdır. Bizim dövlətimiz hər il büdcədən müxtəlif dini icmalara köməklik göstərir. Azərbaycanda əhalinin 96%-i müsəlmandır, yalnız 4%-i müxtəlif dinlərin nümayəndələridir. Buna baxmayaraq, bütün dinlər üçün ölkədə lazımi şərait yaradılıb”.

İnterpress.az