Nobel prospektinin bir hissəsi qısa müddətlik bağlanıb – FOTObackend

Nobel prospektinin bir hissəsi qısa müddətlik bağlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nobel prospekti ilə şəhərə doğru hərəkətdə olan nəqliyyat vasitələri Süleyman Əhmədov küçəsinə dönməklə Babək prospektinə doğru hərəkətlərinə davam edə bilərlər. “Ağ şəhər” istiqamətindən çıxan nəqliyyat vasitələri üçün isə Nobel qardaşları prospektinin əks hərəkət istiqaməti ilə Neftçilər prospektinə çıxış təmin olunub.

Qeyd edək ki, Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.

Nobel qardaşları prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir.

İnterpress.az