Qız Qalası “Avropada ilin muzeyi” müsabiqəsində mükafat qazanıbbackend

Qız Qalası “Avropada ilin muzeyi” müsabiqəsində mükafat qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, Qız Qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəyə görə təltif edilib.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən \”Avropada ilin muzeyi\” müsabiqəsi (EMYA – European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biridir. Müsabiqə geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.

İnterperss.az