16 ölü, ölkə yas içində, telekanallarda çal-çağır… – FOTOFAKTbackend

16 ölü, ölkə yas içində, telekanallarda çal-çağır… – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com saat 14.30 radələrində milli kanallarda kiçicik bir monitorinq keçirdi.
Azərbaycan Televiziyası Səhmdar Cəmiyyətinin (AzTV) efirində sağlamlıq verilişi yayımlanırdı. Lider TV-də də “Sağlam Fəsil” adlı veriliş nümayiş etdirilirdi.

Xəzər TV, Space TV ekranlarında isə çal-çağır əhvalı vardı. Birincidə müğənnilər yenə xalqa ağıl verməklə məşğul idilər. Space TV-nin “Günaydın” verilişində isə müğənni Ağadadaş Ağayev qol götürüb oynayırdı. ATV-nin efirində yayımlanan “Düzünü desək” verilişində isə xalq artisti Niyaməddin Musayev danışırdı, yaradıcılığından, planlarından, səhnə macəralarından. Həm də canlı-canlı…

Əslində isə indi bütün telekanallar yayımı yarıda kəsib, hadisə yerindən canlı yayım verməliydilər. Müxbirlər, operatorlar baş verən insan faciəsini hər yöndən işıqlandırıb tamaşaçılara çatdırmağa məcbur idilər. Xəbərçilik, televizyonçuluq missiyası bunu tələb edir. Buna gücləri çatmırsa (!) belə, heç olmasa efirdəki çal-çağırı, qol götürüb oynamanı dayandırmaq, yayın axınını dəyişdirmək olardı. Nə çox arxivdə sənədli film, bədii veriliş…

16 ölü, ölkə yas içində, telekanallarda çal-çağır... - FOTOFAKT

İnterpress.az