BMT baş katibi Pan Qi Munun Şimali Koreyaya girişinə qadağa qoyulubbackend

BMT baş katibi Pan Qi Munun Şimali Koreyaya girişinə qadağa qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Pan Qi Mun özü Seulda çıxışı zamanı bildirib.

“Bu gün səhər saatlarında KXDR rəhbərliyi diplomatik kanalların vasitəsilə mənim Kesona daxil olmağım üçün əvvəl verilən icazənin geri götürülməsi barədə bizi məlumatlandırıb. Bunun səbəbləri bizə məlum deyil”, deyə BMT baş katibi bildirib.

Qeyd edək ki, Seul və Pxenyan tərəfindən razılaşdırılmış səfər mayın 21-nə planlaşdırılmışdı.

Bundan əvvəl BMT baş katibinin Şimali Koreyaya sonuncu səfəri 20 il əvvəl, 1993-cü ildə Butros Butros Qali tərəfindən həyata keçirilib.

İnterpress.az