“Nida” üzvləri kassasiya şikayəti veribbackend

“Nida” üzvləri kassasiya şikayəti verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya məlumat verən vəkil Fariz Namazlı bildirib ki, Məmməd Əzizov, Rəşadət Axundov, İlkin Rüstəmzadə, Zaur Qurbanlı, Şahin Novruzlu, Üzeyir Məmmədli və Rəşad Həsənov barəsində hökmdən kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən apellyasiya şikayəti verilsə də məhkəmə şikayətləri təmin etməyib.

B. Quliyev, Ş. Novruzlu, Üzeyir Məmmədli və Zaur Qurbanlı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

İnterpress.az