“Avroviziya-2015″in yarımfinalı İTV-də yayımlanacaqbackend

“Avroviziya-2015″in yarımfinalı İTV-də yayımlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziya və Radio Yayımları Şirkəti yayıb. Şirkətdən bildirilib ki, müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.

17 ölkənin təmsilçisi səhnəyə çıxacağı və “Wiener Stadthalle” arenasında keçiriləcək gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə 11-ci sırada çıxış edəcək.

Xatırladaq ki, 2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti həmin ildən Avroviziya mahnı müsabiqəsini yayımlayır.

Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamışdı.

İnterpress.az