İnterpress.az xəbər verir ki, bu barədə BMT baş katibinin münaqişə şəraitində seksual zorakılıq üzrə xüsusi nümayəndəsinin hesabatında bildirilib.
BMT baş katibinin xüsusi nümayəndəsi Zeynəb Banqurinin hesabatında İŞİD döyüşçülərinin kölə satışını biznes halına gətirdikləri barədə məlumatlar yer alıb.. Sənəddə Rakka şəhərindəki seks kölələrinin bazarı nümunə olaraq göstərilib: “Bu bazara ən gözəl bakirə qızlar gətirilir. Onlar arasında yezidilər, xristianlar, şiələr, türklər, azərbaycanlılar və türkmənlər var. Qızlardan hətta birini 22 dəfə əməliyyat edərək bakirə kimi satıblar. Qızlardan başqa biri isə sahibi olan şeyxin yanından qaçmağa çalışıb. Ancaq onu geri qaytarıb və tanınması üçün damğalayıblar”.
İnterpress.az