Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 12, 6 saylı Bakı Şəhər Xəstəxanasında isə 2 nəfər müalicə alır:
“Xəstələr arasında vəziyyəti elə də ağır olan yoxdur. Vəziyyətləri düzəldikcə, yavaş-yavaş evə buraxılacaqlar”.
May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.
Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.
İnterpress.az