“Şərq Tərəfdaşlığı” Avropa İttifaqının genişləndirilməsi üçün vasitə deyil”backend

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqının genişləndirilməsi üçün vasitə deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Almaniya kansleri Angela Merkel Riqada start götürən Avropa İttifaqı \”Şәrq tәrәfdaşlığı\” sammitindən əvvəl bildirib.

“Şərq Tərəfdaşlığı formatı Avropa İttifaqının genişləndirilməsi üçün vasitə deyil. Biz gələcəkdə icra edə bilməyəcəyimiz süni gözləntilər yaratmamalıyıq. Biz bunu bilirik, mən bu mövqeni bizim şərq tərəfdaşlarımıza çatdırmağa çalışıram”, deyə kansler bildirib.

Qeyd edək ki, Latviyanın paytaxtı Riqa şәhәrindә Avropa İttifaqı \”Şәrq tәrәfdaşlığı\” sammiti öz işinə başlayıb.

Azәrbaycanı tәdbirdә xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tәmsil edir. Sammidә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir.

Sabah da davam edәcәk sammitin sonunda yekun bәyanatın imzalanması gözlәnilir.

İnterpress.az