Bu gün Senin doğum günün Könül…backend

Bu gün Senin doğum günün Könül…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Senin doğum günün Könül,yaşasaydın Seni ilk tebrik eden men olacaqdım,her zamankı kimi,İndi men sene ne deyim,ad günün mübarekmi deyim,ruhun şad olsunmu deyim? Senin üçün darıxan,her ad gününde seni tebrik eden,Qızın Sevinci,Cemili,Aydanı,Aygünü Ülviyyeni,Sevgili oğlun Tengizi nece teselli edek.Sen gedeli 3 ay 11gün oldu.Yerin bomboş durur,üreyimiz yanqın yeri ve yaralı.Seni kimi genc yaşında nakam geden gözel gelinlere,qeriblerin anası,bacısı Sona xanım bir mektub yazıb.Senin dilinden bize yazıb.

Məktub
( Könülün dilinden)
Torpağın üzü soyuqdur
Qəbrimə üzünü söykəmə.
Soyuqlarsan baxan olmaz,
Yoxluğumu dərd eyləmə.
Yüz fikir borcu ödəməz
Harayına yetməz əlim.
Göz yaşın yolu uçurdu
Hansı yolla dönüm gəlim.
Ən kiçik umu-küsü də
Dözülməyən dərddir indi.
Ölüm də qismət yazıdır
Elə bilmə üz döndərdim.
Sevgi, diqqət innən belə
Daha çox gərəyin olar.
Burda sevincdən ölərəm
Bilsəm orda sevənim var.
Qoyub gəldiyim evin
Hər şeyi düzənlimi?
Qoyma uşaqlar ağlasın
Dağlayırlar ürəyimi.
Burda ayrılıq fəslidir
Burda bahar yay olmur.
Mən dönməyə can atdıqca,
Sonuncu körpü yox olur.
Bir sözüm vardı sənə
Deməyi unutdum, getdim.
İçimdə bir qız ağlayır
Səsini neyə bənzətdim.
Dilimə gələn, gəlməyən
İndi hər şey etirafdı.
Soyuq yel əsdi arada,
Əcəl aldı yer apardı.
Burda işığı kəsiblər
Qaranlıq çöküb qəlbimə.
Sarı çiçəklər göndərsən
İşıq gələr gözlərimə.
Torpağın üzü soyuqdur
Qəbrimə üzünü söykəmə.
Soyuqlarsan baxan olmaz,
Yoxluğumu dərd eyləmə.