Görüş Bakı şəhər İcra Hakimiyyətində təşkil olunub.
Görüşdə H. Abutalıbov sakinlərə görülmüş işlər barədə məlumat verib, ayrılan kompensasiyanın onlara çatdırılacağını bildirib.
H. Abutalıbov bildirib ki, Azərbaycan prezidentinin sərəncamı var, yanan binanın təmiri çox yüksək səviyyədə aparılacaq: “Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən hissəsini üzərinizdən götürək. Ancaq bilirik ki, bu yanğında ölənlər heç vaxt yaddan çıxmayacaq”.
BŞİH başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklə üzlənmiş 140-dək bina var və həmin bunların hamısının üzlüyü söküləcək: “Qərara aldıq ki, bunların hamısı belə üzlükdən təmizlənsin. Bakı şəhərində belə üzlüklü bina qalmayacaq, həmin binalar ən yüksək səviyyədə təmir olunacaq”.
İnterpress.az