İnterpress.az xəbər verir ki, sənədlərin içində Üsame Ben Ladenin 4 arvadından birinə yazdığı məktub da var. Həmin məktubda “Əl-Qaidə” lideri arvadına “Cənnətdə seçəcəyin kişinin də mən olmasını istəyirəm” deyə yazıb.
O, arvadına “göz bəbəyim” “qəlbimi eşqlə, xoşbəxtliklə doldurdun” deyə müraciət edib.
Axırıncı arvadı Eməl əl- Sabaha yazdığı məktubunda “Səndən sonra evlənməyəcəyəm, mən sənin kimi birini tapa bilmərəm” deyib.
Cənnətdə də arvadıyla bərabər olmağı arzu edən Ben Laden məktubuna belə davam edib: “Sən mənim dünyada sahib olduğum ən dəyərlimsən. Mən öldükdən sonra evlənməyinə etiraz etmirəm. İki kişi ilə evlənən qadın məşhər günü onlardan ancaq birini seçə bilər. Cənnətdə seçəcəyin o adamın mən olmasını çox istəyirəm”.
Qeyd edək ki, Ben Ladenə məxsus kitabların arasından tapılan bu məktub ABŞ Beynəlxalq Kəşfiyyat Direktorluğu tərəfindən yayınlanıb.
İnterpress.az