Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.
“Con Kerri Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkib. Xarici siyasət idarələrinin başçıları həm də ikitərəfli münasibətlərə toxunublar. Bundan başqa, diplomatlar Suriyada, Yəməndə vəziyyətin nizama salınmasını və Atlantik Şurasının iclasının nəticələrini müzakirə ediblər”, deyə M.Harf bildirib. (apa)
İnterpress.az