Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.
Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.
İnterpress.az