Yanan binada xəsarət alanlar sabah evə buraxıla bilərbackend

Yanan binada xəsarət alanlar sabah evə buraxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti orta-ağırdır.

“Zəhərlənənlərin səhhətində ağırlaşma olmayıb. Hazırda müalicələri davam edir.Bu gün konsilium keçirəcəyik. Ola bilsin ki, sabah xəstələr evə buraxılsınlar”, – deyə Azər Maqsudov bildirib.

Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda binanın yanması nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Onlardan 35 nəfəri zəhərlənmə diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.

İnterpress.az