hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.
Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. ( apa )
İnterpress.az