ADR nazirliyin iradlarını aradan qaldırırbackend

ADR nazirliyin iradlarını aradan qaldırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Modern.az saytına ADR sədrinin birinci müavini Vurğun Əyyub deyib.

O bildirib ki, nazirlikdən onlara sənədlərin tərtibatı ilə bağlı iki irad tutulub:

“Hərəkatın qeydiyyata alınmamasına səbəb kimi sənədlərdə texniki qüsurların olduğu göstərilir. İki iraddan biri də təsisçilərin imzası ilə bağlı olub. Hesab etmirəm ki, bunlar iraddır.

Amma faktiki olaraq görünür ki, hərəkatın digər təşkilatlardan fərqli bir qaydada təşkilatlanması hakimiyyət dairələrini qıcıqlandırıb narahat edir. Məktubda qeyd olunan iradları aradan qaldırıb yenidən müraciət edəcəyik”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə əlaqədar mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdi.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.

İnterpress.az