Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Modern.az-a bildirib ki, bir məmurun jurnalistə qarşı davranışı doğru deyil: “Heç küçədən keçənə də kobudcasına cavab vermək doğru deyil. Doğru olan tərəfdə nəsə axtarmaq lazım deyil. Gözləyirsiniz ki, kimsə “doğrudur” deyəcək? Əlbəttə, onun doğru hərəkət etmədiyini hamı bilir. Abid Şərifovun istefa verməsi hakim komandanın proseslərə yanaşmasına bağlıdır. Bu fərdi məsələdir”.
Məlumat üçün bildirək ki, Binəqədidə yanan binanın taleyi ilə bağlı jurnalistlərdən biri Abid Şərifova “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” deyə sual verib. Abid Şərifov isə sualı belə cavablandırıb: “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”
İnterpress.az