Bunu İnterpress.az-a açıqlamasında AXCP-nin təşkilat şöbəsinin sədri Rafiq Daşdəmirli bildirib.
Rafiq Daşdəmirlinin sözlərinə görə, Milli Şura mitinqin mayın 31-də keçirilməsiylə bağlı BŞİH-ə müraciət edib: “Bundan əvvəl də İcra Hakimiyyəti bazar günlərinə təyin edilən mitinqin şənbə günü keçirilməsini təklif etmişdi. Ancaq bu təkliflər qəbul edilmədi. Çox güman ki, indi də belə qərar qəbul ediləcək. Amma bütün hallarda Milli Şuranın cavab məktubunu müzakirə edəcəyi iclasını gözləmək lazımdır”.
Elnarə
İnterpress.az