İndi isə Ölkə.Az-ın hadisə yerində olan əməkdaşlarınınbina sakinləri ilə geniş söhbətini diqqətinizə çatdırırıq.
Yanan binanın sakinlərinin Bakı şəhər icra hamiyyətinə toplaşmasına səbəb onlara dəyən ziyanın ödənilməməsi, heç bir məmurun onları qəbul etməməsidir. Aprel ayının 10-da Əhmədlidə yanan binanın sakinləri may ayının 19-da Azadlıq prospektində yanan binanın sakinlərinə kompensasiya ödənilib ancaq onların hələ də aldadılmasına etiraz əlaməti olaraq yığışmışdılar Bakı meriyasının qarşısına. Bina sakinləri bildirir ki, orda ölənlər oldu deyə tez əl-ayağa düşdülər. Gərək bizdə də ölənlər olaydı, ondan sonra kompensasiya ödyəydilər?
Ötür-ötür oynayan başçılar
Zərərçəkmişlərdən şairə Məhəbbət Şuşalı bildirdi ki, heç bir məmur bizi qəbul etmir, nə Xətai rayon icra hakimiyyəti, nə də Bakı şəhər icra hakimiyyəti. Bizi top kimi bir-birilərinin üstünə atırlar. 45 gündür hadisə olub, Abid Şərifov dünən bizə deyir ki, yanan bina barədə bizə heç bir məlumat gəlməyib.
Bina yanan gün sakinlərə kirayədə qalmaq üçün 500 manat kompensasiya verilib. Bakı şəhər icra hakimiyyəti və Xətai rayon icra hakimiyyəti bildirib ki, yanan bina təmir olunana qədər bina sakinlərinə hər ay 500 manat kirayə pulu veriləcək. Ancaq sakinlərin bildirdiyinə görə, ikinci ayın kirayə pullarını Xətai rayon icra hakimiyyəti verməkdən boyun qaçırıb. Bina sakinləri icra hakimiyyətinə üç gün gedib narazıçılıq etdikdən sonra icra hakimiyyəti sakinlərə 500 manatı verməyə məcbur olub.
Bina sakinlərinin sözlərinə görə, hal-hazırda binada təmir gedir, ancaq təmirdən sonra əşyalarla bizi təmin edəcəklərindən şübhəliyik. Bizə kompensasiya belə vermədilər, əşyaları necə verəcəklər?
\”Bizə diqqət ayırmaları üçün gedib özümüzü yandıraq?\”
Bina sakini Musayeva Kifayət deyir ki, bizə söz vermişdilər ki, kompensasiya veriləcək, ancaq heç bir şey verilmədi. Bizə ancaq söz verirlər. Bizim bina yananda ölüm olmadı. İndi bizə diqqət ayırmaları üçün gedib özümüzü yandıraq? Ölməməyimiz bizim günahımız deyil axı. Biz də bu dövlətin vətəndaşlarıyıq. Eyni hadisədir, sadəcə bizim binada ölüm faktı olmadı.
\”Arvad deyilsiniz, evinizi təmizləyin dəə!?\”.
Xətai rayonunda yanan binanın sakinləri dünən baş nazirin birinci müavini Abid Şərifovla görüşüblər.
Bina sakini Quliyev Qalibin sözlərinə görə, dünən Abid Şərifovla görüş zamanı baş nazirin müavini deyib ki, bizə o hadisə barədə heç bir məlumat gəlməyib. Dəyən zərərin nə qədər olduğunu bilmirik. Abid Şərifov bizə dedi ki, siz Azadlıq prospektindəki yanan binanın sakinləri ilə özünüzü niyə bir tututrsuz? Biz də dedik ki, onda gedək özümüzü yandıraq? Ay qardaş, bizə diqqət ayırmaları üçün gedib özümüzü yandıraq indi?
Xətai rayonunda yanan binada üzbəüz mənzillər də zərər çəkib. Yanan mənzillərdə təmir gedərkən oranın səs-küyü və toz-torpağı evə dolur. Əliyva Təranənin sözlərinə görə, dünən Abid Şərifovla görüşən zaman bildirdik ki, təmir zamanı evimizi su basır, toz-torpaq içində batırıq. Abid Şərifov isə belə cavab verdi: \”Arvad deyilsiniz, evinizi təmizləyin dəə?!\”. Bizim başımızı 500 manatla aldadırlar. Bir dəst paltarla çıxmışıq, 400 manat kirə pulu veririk, bəs geyim, bəs yemək?Prezident bizim bina yanan zaman bildirdi ki, adi qaşığın dəyərinə qədər ödəniləcək, özü də yüksək səviyyədə, ancaq icra başçısı və Abid Şərifov prezidentin dediyinə əməl etmir.
Abid Şərifov təkcə jurnalistlərə yox, həm də zərərçəkmiş insanlara qarşı kobud cavablar verir. Hazırcavab kimi görsənməyə çalışıb, jurnalistə, zərərçəkmişlərə \”söz soxmaq\”dansa camaatın dərdi ilə maraqlanmaq lazımdır. Söz oynadanlarımız çoxdur, iş oynatmaq lazımdır, Abid müəllim…
İnterpress.az