Söyün Sadıkovdan Mirəşrəf Fətiyevin “2 milyon dollar” ittihamına cavabbackend

Söyün Sadıkovdan Mirəşrəf Fətiyevin “2 milyon dollar” ittihamına cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpres.az-a Rusiyada yaşayan iş adamı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un keçmiş vitse-prezidenti Mirəşrəf Fətiyevin ona yönəlik ittihamlarına cavab verən “AzərRos”un prezidenti Söyün Sadıkov bildirib.

“AzərRos” rəhbərinin sözlərinə görə, səfir Polad Bülbüloğlu barədə söylənilənlər də həqiqətə uyğun deyil: “Mirəşrəf Fətiyev mənim cənab səfir barədə fikirlərimi düzgün səsləndirmir. Mən demişəm ki, polis yaxud başqa təşkilat azərbaycanlılara hansısa tədbir keçirməyə mane olanda, Polad Bülbüloğlu kənarda dayanmamalıdır”.

Qeyd edək ki, Mirəşrəf Fətiyev Publika.az-a müsahibəsində Söyün Sadıqovun ünvanına ittihamlar səsləndirib: “Onun “AzərRos”u mənə satmaq təklifindən iyrəndim. Bu insan “AzərRos”un prezident postunu mənə 2 milyon ABŞ dollarına satmaq istəyirdi. Əvvəlcə o, “AzərRos”dan gedəcəyini və seçkilərdə iştirakıma mane olmayacağını deyirdi”.

Elnarə KƏRİMOVA
İnterpress.az