Təmirə bağlanan iki yol açılıbbackend

Təmirə bağlanan iki yol açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təmir işləri nəticəsində küçənin 6750 kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir.

Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsi də təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Burada 1100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

İnterpress.az