Milli Şura mitinq qərarı verdi.
Milli Şura BŞİH-in mitinqin mayın 30-da keçirilməsi ilə bağlı təklifini qəbul edib. İnterpress.az xəbər verir ki, qərar Milli Şuranın Koordinasiya Şurasının bu gün keçirilən iclasında qəbul olunub.
Koordinasiya Mərkəzinin məlumatına görə, mitinq mayın 30-da 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) keçiriləcək.
Elnarə
İnterpress.az
***
İnterpress.az-a daxil olan məlumata görə, mayın 25-də BŞİH-nin cavab məktubunun ilkin müzakirələrindən sonra ortaq fikir bu istiqamətdə olub.
Bununla belə Milli Şuranın Koordinasiya Mərkəzinin mayın 26-da toplaşaraq BŞİH-nin cavab məktubunu təkrar müzakirə edəcəyi bildirilir.
İlkin qərarın dəyişdirilmə ehtimalı istisna edilmir.
Elnarə
İnterpress.az