“Qalatasaray” çempionbackend

“Qalatasaray” çempion

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə \”Akhisar\”ın qonağı olan \”Bursaspor\” minimal hesablı qələbəyə sevinib. Josuenin matçın 60-cı dəqiqəsində penaltidən vurduğu qol Bursa təmsilçisinə qələbə qazandırıb – 1:0.

Günün maraqla gözlənilən oyunu \”Başakşəhər\” və \”Fənərbaxça\” komandaları arasında baş tutub. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. 0:2 hesabı ilə geriyə düşən \”sarı-lacivərdlilər\” matçın sonlarında bərabərlik qolunu vura biliblər. Lakin çempionluq iddiasını davam etdirməsi üçün \”Fənərbaxça\”nı bu görüşdə yalnız qələbə qane edirdi.

Oyunun 90+5-ci dəqiqəsində \”Fənərbaxça\”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunsa da, meydan sahibləri bundan yararlana bilməyiblər. Bununla belə, matçın sonlarında \”Fənərbaxça\”nın 3 futbolçusu meydandan qovulub. Buna qədər isə Mehmet Topuz qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollanıb. \”Fənərbaxça\”nın bütün cəhdlərinə baxmayaraq komanda qələbə qolunu vurmağı bacarmayıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Bu heç-heçə \”Qalatasaray\”ın işinə yarayıb. Dünən evdə \”Beşiktaş\”ı 2:0 hesabı ilə məğlub edən \”Cim Bom\” turnir cədvəlində ən yaxın izləyicisi \”Fənərbaxça\”nı 6 xal qabaqlayırdı. \”Fənərbaxça\”nın \”Başakşəhər\”lə 2:2 bərabərə qalmasından sonra xal fərqi 5-ə enib. Bununla da, \”Qalatasaray\” sona bir tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub. Beləliklə, son turun nəticələrindən asılı olmayaraq \”Qalatasaray\” 20-ci çempionluğunu rəsmiləşdirib.

İnterpress.az