Hadisə dünən axşam saatlarında Nəsimi rayonu, Xətai prospekti ev 38, mənzil 316 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-cı il təvəllüdlü Qurban Hacırəsul oğlu Yəhyayev yaşadığı evin 15-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb.
Məlumata görə, Q. Yəhyayev əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. ( apa )
İnterpress.az