Bu barədə İnterpress.az-a Adil Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib. Vəkil yaxın zamanda müdafiə etdiyi şəxslə görüşəcəyini bildirib.
Adil Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, Adil Hüseynovun evində axtarış zamanı sənədlərlə bərabər qızıl zinət əşyaları da götürülüb.
Adil Hüseynov Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilən “qara polkovnik” ləqəbli Fətulla Hüseynovun oğludur.
Elnarə
İnterpress.az