İbrahim Nehrəmlinin qardaşı:”Şəhərin yarısını Hacı tikir”backend

İbrahim Nehrəmlinin qardaşı:”Şəhərin yarısını Hacı tikir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin müsahibəni təqdim edir.

– Son günlər qardaşınız Hacı İbrahimin həbsi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 10 gündən çoxdur həbsdədir. Qardaşınız doğrudanmı həbsdədir, yoxsa…?

– Hacı İbrahimlə bağlı indi məlumat vermək düzgün deyil. Hazırda araşdırmalar gedir. Hacı İbrahim işləri yoluna düşdükdən sonra özü açıqlama verəcək. Biz Hacının 12 gündür ki, həbsdə olduğunu söyləyən Qurban Əhmədovu tanımırıq. (Qurban Əhmədov “Khazar İslands” layihəsinin rəhbəridir-red). O, kimdir ki, Hacı İbrahim haqda danışır? Hacının özünün mobil telefonu var. Kim istəsə ona zəng vurub, özü ilə danışa bilər.

– Qardaşınızın Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmadığı üçün həbs edildiyi iddia edilir. Hacı İbrahim də mətbuata açıqlamasında kredit borcunun olduğunu gizlətməmişdi. Bildirmişdi ki, ona borcunu qaytarmaq üçün vaxt qoyulub. Verilən vaxt başa çatdı. Bilmək istərdik Hacı pulu qaytara bildimi?

– Hacının Beynəlxalq Banka borcunun olması ilə bağlı mən indi heç nə deyə bilmərəm. Hacının işi ilə bağlı araşdırma gedir. O, özü çıxıb, bütün dəqiq məlumatları açıqlayacaq. Mənim bu barədə danışmağım doğru olmazdı.

– Qardaşınızın maşınlarını, evlərini, hətta “Avesta” konsernini satışa çıxarması haqda mətbuatda məlumatlar yayılır. Bu məlumatlar nə dərəcədə doğrudur?

– Hər şey göz qabağındadır. Qaradaşımın şəhərdə o boyda obyektləri var. Görmək istəyənlər gedib görsünlər. Maşallah Hacının şəhərdə 1 milyondan artıq obyekti var. Şəhərin yarısını Hacı tikir. Bunlar müvəqqəti çətinlikdir. Hər kəs belə çətinliklə qarşılaşa bilər. Belə şeylərdən qorxmaq lazım deyil.
Yayılan xəbərlərə çox da inanmayın. Bəzi mətbuat orqanları yazmamaq üçün bizdən pul istəyirlər. Kimsə bizim barəmizdə haray çəkib yazırsa, deməli pul istəyir.
“Avesta” niyə satılmalıdır axı? Deyilər ki, “Avesta” 50 milyona satılır. Əgər zərər varsa, obyek satıla bilər. Satar gedib başqasını tikər. Burada qeyri-adi bir şey yoxdur.

– Sizin ölkəni tərk etdiyiniz barəsində də məlumatlar yayılır. Ölkəni tərk etməmisinizmi?

– İndi Hacının binasında, “Avesta”nın 10-cu mərtəbəsində oturmuşam. Heç yerə qaçmamışam. Nəyim var ki, hara da qaçım?

– Hazırda mühacirətdə olan qazaxlı iş adamı Elşad Məmmədov sizinlə yazışmasını sosial şəbəkələrdə paylaşaraq ölümlə təhdid edildiyini iddia edirdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik.

– Qazaxlı iş adamı xəstədir. Psixin biridir. Danışığından onun xəstə olduğunu görmək olar. Kimsə mənim adımdan saxta profil yaradıb və ona mesajlar göndərib. O da həmin videonu yayıb. Həmin görüntünü izləyəndə ətim töküldü. Mən həmin şəxsi heç tanımıram. Videoya baxdıqdan sonra belə bir manyakın olduğunu gördüm. Həyatım boyu mən elə bir adam görməmişəm.

İnterpress.az