Prezident “Dalğa Beach-Aqua Park”ın açılışındabackend

Prezident “Dalğa Beach-Aqua Park”ın açılışında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib.

Qeyd edilib ki, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb.

Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da olublar.

İnterpress.az