Rusiya Hərbi-Sənaye Komissiyası sədrinin müavini Oleq Boçkaryov bildirib ki, bundan sonra Rusiya ilə Fransa arasındakı danışıqlar yalnız maddi təzminatın həcmi ilə bağlı olacaq.
«Rusiya bu gəmiləri almayacaq. Artıq bu, faktdır. İndi yalnız bir məsələ qalıb. Söhbət Rusiyaya qaytarılacaq vəsaitin həcmindən gedir”, – deyə o vurğulayıb.
Boçkaryov həmçinin bildirib ki, Rusiyada desant gəmilərinin inşası planlaşdırılır. “Mistral”ları kopyalamaq fikrimiz yoxdur. Bizim desantla bağlı fərqli ideologiyamız var”, – deyə o qeyd edib.
İnterpress.az