Havanın temperaturu yaxın günlərdə 50 dərəcəyə kimi yüksələ bilər və hələ 2-3 gündən sonra havanın temperaturunun bir az düşəcəyi gözlənilir.
Həkimlər insanlara yaxın günlərdə küçəyə çıxmamağı, çoxlu maye qəbul etməyi məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bundan başqa, yerli hökumət mobil məntəqələrin açılması barədə elan edib. Bu məntəqələrdə arzu edənlər içməli su və süd ilə təmin olunacaqlar.
Turistlərə yaxın günlərdə Hindistana səfərlərini təxirə salmaq məsləhət görülür.
İnterpress.az