Respublika Günü münasibəti ilə Bakıda bayram şənlikləri keçiriləcəkbackend

Respublika Günü münasibəti ilə Bakıda bayram şənlikləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

Əziz bakılılar və hörmətli qonaqlar!

Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi bayram şənliklərinə dəvət edir.

İnterpress.az