Havanın orta temperaturu 0,9 dərəcəyədək artıbbackend

Havanın orta temperaturu 0,9 dərəcəyədək artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun meteorologiya, iqlimşünaslıq və aqrometeorologiya şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya deyib ki, ölkədə ötən əsrin 70-ci illərindən başlayaraq, iqlimin dəyişməsi və proqnozu haqqında elmi-tədqiqat işləri aparılır. Onun sözlərinə görə, verilən proqnozlara əsasən, Azərbaycanda temperaturun artması müşahidə edilir.

M.Həsənov qeyd edib ki, Azərbaycanda havanın orta temperaturu 0,2-0,6 dərəcə yüksəlib: “Hesablamalar göstərir ki, bəzi məntəqələrdə hətta 0,9 dərəcəyədək yüksəlmə müşahidə olunur. Bu, əsasən, Aran və düzənlik ərazilərə aiddir”.

Baş elmi işçi əlavə edib ki, dünyada XX əsin 50-ci illərindən havanın temperaturunda müəyyən yüksəliş müşahidə edilir: “XX əsrin 50-ci illərindən başlayaraq havanın temperaturu yüksəlib və hazırda 14,6 dərəcədir. Bu da müxtəlif səbəblərlə – həm antropogen, həm də təbii amillərlə izah edilir. Əsas səbəblər atmosferin çirklənməsi, xüsusən antropogen amillərin təsiri, atmosferə atılan karbon qazının miqdarının çoxalmasıdır. Son 50-60 ildə atmosferdə karbon qazının miqdarı 0, 30% idisə, indi bu rəqəm 0,33% olub. Bu, əslində böyük rəqəmdir. Atmosferdə karbon qazının miqdarının çoxalması onun ən aşağı qatı olan troposferdə istixana effekti deyilən şəraitin yaranmasına səbəb olur. Yəni, Yer kürəsi Günəşdən aldığı istiliyi yenidən atmosferə ötürməli olsa da, bunu bacarmır. Həmin karbon qazının yaratdığı səthə toxunur və istilik yenidən Yer kürəsinə qayıdaraq, temperaturu yüksəldir”.

İnterpress.az