Qartalın Yenidən Doğuluşubackend

Qartalın Yenidən Doğuluşu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qartallar, quş növləri içində ən uzun yaşayanıdır. 70 ilə qədər yaşayan
qartallar var. Ancaq bu yaşa çatmaq üçün, 40 yaşında çox ciddi və çətin bir qərar vermək məcburiyyətindədirlər onlar . Qartalların yaşı 40-a çatanda caynaqları sərtləşir, elastikliyini itirir və buna görə də qidalanmasını təmin etdiyi ovlarını tuta bilməz bir vəziyyətə gəlirlər. Qartalın dimdiyi uzanır və sinəsinə doğru qıvrılır. Qanadları köhnəlir və ağırlaşır. Tükləri sərtləşir və qalınlaşır. Artıq qartalın uçması xeyli çətinləşmişdir.Bu səbəbdən qartal burada iki seçkidən birini etmək məcburiyyətindədir;
Ya ölümü seçəcəkdir , ya da yeni şəfəqin ağır və çətin prosesinə sinə gərəcəkdir. Bu oyanış prossesi 150 günə qədər çəkəcəkdir. Qartal bu istiqamətdə qərar verərsə, bu zaman bir dağın təpəsinə ucar və orada bir qayada , divarda, artıq uçması lazım olmayan bir yerdəki yuvasında qalır. Bu uyğun yeri tapdıqdan sonra qartal , dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayır. Ən sonunda qartalın dimdiyi yerindən qopur və düşür.
Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra bu yeni dimdik ilə caynaqlarını yerindən qoparıb çıxardır. Yeni caynaqlar çıxanda qartal bu dəfə köhnə qalınlaşmış tüklərini yolmağa
başlayır. Beş ay sonra qartal, özünə 20 il və ya daha uzun müddətli bir həyat qazanır.
Məşhur \”Yenidən Doğuş \” uçuşunu etmək üçün hazır vəziyyətə gəlir.
Biz də öz həyatımızda tez-tez bir yeni bir \” Şəfəq prossesi \” yaşamaq məcburiyyətində qalırıq. Qələbə uçuşunu davam etdirmək üçün, bizə acı
verən köhnə adətlərimizdən və xatirələrimizdən xilas olmaq məcburiyyətindəyik. Ancaq keçmişin lazımsız hadisələrindən xilas olanda, təcrübələrimizin yeni şəfəqin gətirəcəyi fövqəladə nəticələrindən tam olaraq istifadə edə bilərik .
İnsanlar ilə heyvanları fərqləndirən ən mühüm xüsusiyyətlərdən bir də heyvanların düşünməməkdən irəli gələn, instinktiv olaraq qərar vermələri halıdır. İnsan övladı düşündükcə qərar verməkdə çətinliklər yaşayır və qətiyyətsizliyi seçir. Bəzən qərarlarımız acı olsa da , hər zaman \”Yeni Şəfəq\” in müjdəsini verə bilər .
[b][/b]