“Əl-Nüsra” lideri: “Hədəfimiz Qərb deyil”backend

“Əl-Nüsra” lideri: “Hədəfimiz Qərb deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Əl-Cəzirə”yə müsahibəsində “Əl-Nüsra” lideri bildirib ki, çoxlarının iddia etdiyi kimi hədəfləri Qərb deyil.

Suriyada döyüşmələrini rejimlə mübarizə məqsədi daşıdıyını deyən Əbu Məhəmməd əl-Qolani “Biz rejimlə mübarizə aparmaq üçün bura gəlmişik. Biz Qərbi hədəfə götürməmişik, bizə belə bir əmr verilməyib” deyə vurğulayıb.

“Xorasan” qrupu ilə bağlı yayılan məlumatları da təkzib edən Qolani “Belə bir qrup yoxdur. Amerika bu barədə məlumatları ictimaiyyəti çaşdırmaq məqsədi ilə yayıb. Güya bu təşkilat Amerikanı məhv etmək üçün yaradılıb, ancaq bu doğru deyil, çünki belə bir qrup ümumiyyətlə yoxdur”.

Qeyd edək ki, “Əl-Nüsra” “Əl-Qaidə”nin Suriya qolu da hesab edilir.

İnterpress.az