Ded Xasanın qətlinin istintaqı dayandırıldı: Rövşən Lənkəranskiyə qarşı sübut tapılmadıbackend

Ded Xasanın qətlinin istintaqı dayandırıldı: Rövşən Lənkəranskiyə qarşı sübut tapılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı hüquq-mühafizə orqanlarndakı mənbəyə əsasən məlumat yayıb.

Məlumata görə, 2 il davam edən istintaq zamanı qətlin təşkilatçıları barədə ciddi sübut əldə etmək mümkün olmayıb. Buna görə də cinayətin sifarişçisi və ya icrası ilə bağlı konkret ittiham irəli sürülməyib.

Mənbə cinayət işinin istintaqının “cinayət məsliyyətinə cəlb ediləcək şəxsin kimliyinin müəyyən edilməsinin qeyri-mümkünlüyü” səbəbindən dayandırıldığını bildirib.

2013-cü ilin yanvarında “Köhnə fayton” restoranının yaxınlığında Ded Xasana atəş açılması ilə bağlı təhlükəsizlik kameralarının görüntüləri də cinayətin açıqlanmasına imkan verməyib. Killerlərə restoran ətrafında yer şeçməyə kömək edən iki nəfərlə bağlı istintaqa məlumat daxil olub və onların Ded Xasanın düşməni Rövşən Lənkəranskinin adamlarından olduğu təxmin edilib. 2014-cü ilin payızında Moskvada Rövşən Lənkəranskinin ştatlı killer birqadasının üzvü sayılan Rüfət Gəncinski saxlanılıb. Rüfət Gəncinski bilirib ki, o, killer üçün marşrutun hazırlanmasında iştirak edib. Ancaq daha sonra Rüfət Gəncinski Ded Xasanın qətlinin təşkilində, yaxud icrasında iştirakı barədə ittihamı rədd edib. Onun sözlərinə görə, tanışları ondan ancaq hansısa killer üçün marşrut hazırlamaqda kömək etməsini istəyib. Gəncinski sifarişçinin adını çəkməkdən imtina edib.

Ancaq əvvəlki ifadələrinə baxmayaraq, Rüfət Gəncinskinin Ded Xasanın ölümü ilə bağlı şübhəli şəxs qismində məsuliyyətə cəlb edilməməsinin səbəbi məlum deyil.

Hüquq-mühafizə orqanlarının siyahısında şübhəli şəxs qismində Rövşən Lənkəranski, Merab Suxumski, Camal Mikeladzenin adı var. Siyahıda hətta gölənilmədən Ded Xasanın qohumu Dmitri Çanturiyann da adı hallanmağa başlayıb. “Xaç atası” ona hədsiz dərəcədə etibar edirmiş.

Ancaq Ded Xasanın ölümündən sonra adıçəkilən şəxslərdən heç biri rəsmi olaraq istintaqa çağırılmayıb. Təkçə Cemo ləqəbli “oğru” başqa işlə əlaqədar saxlanılarkən Ded Xasanın ölümü barədə sualları da cavablandrmalı olub. O bildirib ki, Ded Xasanla münasibətləri normal olmayıb, ancaq bununla belə bu münasibətlər onun ölümünü sifariş edəcək qədər pis də hesab edilə bilməzdi.

2 il davam edən istintaqın heç bir nəticə verməməsini isə bəzi mənbələr sifarişçinin yüksək səviyyədə himayə edilməsi ilə əlaqələndirir.

Elnarə
İnterpress.az