Ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev hökmlərindən şikayət versə də, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” Azərbaycan vətəndaşlarının şikayətini təmin etməyib və onlara çıxarılan hökmü qüvvədə saxlayıb.
Dilqəm Əsəgrovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib.
“Ola bilsin ki, hüquqlarını qoruduğum şəxs “Dağlıq Qarabağ prezidentinə” əfv üçün müraciət edəcək. O, (Dilqəm Əsgərov) mənə dedi ki, qərarını bir müddət sonra açıqlayacaq”.
“Dağlıq Qarabağ Ali məhkəməsi”nin keçirdiyi “məhkəmə prosesində” çəkilən kadrları təqdim edirik.
İnterpress.az