Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava\”>hava şəraitinin gündüz əsasən, yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı və qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişlidir. Mayın 31-də isə gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliyinin bir qədər artması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
İnterpress.az