Sabir Rüstəmxanlı Oqtay Əsədova: “Yalan danışmayın”backend

Sabir Rüstəmxanlı Oqtay Əsədova: “Yalan danışmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bina yanğınından danışan Sabir Rüstəmxanlı xərclənən vəsaitin böyük rəqəmlərlə ölçüldüyünü bildirib: “Ancaq binalar yararsız materialla üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.

Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edildiyini deyən millət vəkili “Dünən Respublika Günü qeyd edildi. Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib onun yeni büstünü qoysun” deyə vurğulayıb.

Deputatın çıxışı spiker Oqtay Əsədovun narazılığına səbəb olub. Spiker Sabir Rüstəmxanlıya xitabən “Siz hər dəfə Milli Məclisin iclası başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi” deyə bildirib.

Ancaq Sabir Rüstəmxanlı spikerin fikirləri ilə razılaşmayıb: “Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın!”

İnterpress.az