Elm aləminin ayıbı: sınaq obyekti olan uşaq öldübackend

Elm aləminin ayıbı: sınaq obyekti olan uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, psixoloq Con Vatsonun bu sualın cavabını tapmaq üçün araşdırma obyekti olaraq seçdiyi 7 yaşlı uşaq ölüb.

Psixoloq öz araşdırması üçün Alberti hələ 8 aylıq olanda seçib.

Hər çey rus psixolojiya tarixinin ən tanınmış nümayəndələrindən biri olan İvan Pavlovun itlərlə bağlı apardığı araşdırmalardan başlayıb. Məşhur psixoloq Con Vatson bu araşdrmalara maraq göstərib və qorxunun necə yarandığı sualına cavab axtarıb.

Köməkçisi Rozaliya Rayner ilə birlikdə “obyekt” axtarışına çıxıb. Diqqətini xəstəxananın uşaq bağçasında oynayan uşaqlar arasında 8 aylıq, tam sağlam olan Albert cəlb edib. Albertin anası hər gün xəstəxanaya gedərək südünü satar və bununla da oğlunu dolandırardı. Anası işlədiyi zaman Albert xəstəxananın uşaqlar üçün nəzərdə tutulan hissəsində saxlanardı.

Psixoloq araşdrmaya başlamazdan əvvəl uşağı bir neçə psixoloji testdən keçirib. Məqsəd uşaqda qorxu hissinin olub-olmadığını müəyyənləşdirmək idi. Məlum olur ki, balaca Albert hər şeyə eyni dərcədə təbəssümlə yanaşır və ona göstərilən kağızla dovşanın fərqini bilmirdi.

Bundan sonra Alberti boş bir otağa salırlar. Otaqda ancaq bir çarpayı vardı. Albertlə bərabər otağa bir siçan da buraxılır. Uşaq ondan qorxmur, onu tutmağa çalışır.

Sıqnağın ən dəhşətli mərhələsi isə bundan sonra başlayır. Uşaq siçanla oynadığı zaman bayırda dəmir çəkicləri bir-birinə vuraraq səs salırlar. Uşaq bundan qorxur və ağlamağa başlayır. Səs kəsildikdən sonra isə yenidən oynamağa başlayır.

Bununla kifayətlənməyən psixoloq və köməkçisi ağ paltar geyinərək, saqqal taxaraq uşağın olduğu otağa girirlər. Böyük, tüklü bu varlıqlar qarşısında getdikcə qorxmağa başlayan Albert özünü qəribə aparmağa başlayır.

Bu araşdırma psixolojiya tarixində mühüm yeniliyə imza atsa da, insanlıq adına çox böyük ləkə hesab edilir. Kiçik uşağa tətbiq edilən sınaqdan sonra uşağa heç bir tibbi, psixoloji yardım göstərilmir. Məşhur psixoloq və köməkçisi uşağı xəstəxanada qoyub gedirlər.

Daha sonra psixoloq Hall Bek uşağın taleyi ilə maraqlanıb. Məlum olub ki, ağ rəngli və tüklü hər şeyə qarşı fobiyası olan kiçik Albert 7 yaşında dünyasını dəyişib.

İnterpress.az