Bu haqda Modern.az saytına Dənizkənarı Bulvar idarəsinin rəis müavini Nazim Məcidov bildirib.
O qeyd edib ki, məzunların parka daxil olmasına heç bir qadağa qoyulmayıb: “Məzunlar bulvara niyə buraxılmasın ki? İstirahət hər bir vətəndaşın mənəvi haqqıdır. İstənilən şəxs gələ bilər. Amma əvvəlki illərdəki kimi, qrup şəklində kütləvi yığıncaqların təşkilinə, müxtəlif partladıcı maddələrdən istifadə edilməsinə icazə verilmir. Biz heç kəsə qadağa qoymuruq, sadəcə, nəzarət edirik ki, narazılıq doğuran məqamlar yaşanmasın”.
Təhsil Nazirliyinin məlumatına görə, bu il ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111839, XI siniflərini 90557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir. “Son zəng” tədbirləri mayın 29-da və 30-da qeyd olunur.
İnterpress.az