Parklanmaya nəzarət zonaları yaradılacaqbackend

Parklanmaya nəzarət zonaları yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib.

Onun sözlərinə görə, bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək: \”Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər”.

O bildirib ki, belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər: “Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər\”.

A. Hüseynli deyib ki, Bakıya Avropa Oyunları ilə əlaqədar uzaqdan gələn tamaşaçılar avtomobillərini Mərkəzi Parkda ( Qış parkı) və Gənclik metrosunun yaxınlığında yerləşən parkdakı dayanacaqda saxlayıb idman arenalarına gedə bilərlər. Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 manat ödəməli olacaqlar”.

BEGOC rəsmisi əlavə edib ki, \”express\” avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər: “Lakin arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər”.

İnterpress.az